Türkiyə məktəbində "Qarabağ" coşqusu

Ankarada Türkiyə və Azərbaycan məktəbləri arasında gerçəkləşdirilən dostluq layihəsi çərçivəsində daha bir maraqlı tədbir təşkil edilib.

Sportline.az xəbər verir ki, Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinfində oxuyan məktəbləlilər bu dəfə  Azərbaycanın ”Qarabağ” futbol klubunun adına coşqu yaradıblar.

"Şagirdləimizə Bakıdakı dostluq sinfi olan 47 saylı tam orta məktəbin 2C sinfinin valideynləri cox qiymətli hədiyyə göndərmişdilər. Türkiyədə futbol tutkusunun necə olduğunu anlatmağa gərək yoxdu - hamiya bəllidir. Azərbaycanın milli qüruru olan “Qarabağ” futbol komandasının atqıları sinifdə əsl futbol coşqusu yaratdı.

“Qarabağ”ın himni bu coşqunu daha da gücləndirdi. Coşqunun təsirindən bir də gördük ki, şagirdlər "Bir millət-iki dövlət, hər ikisi cümhuriyyət" sözləri üstündə bədahətən rep söyləməyə başladılar.
7 saylı tam orta məktəbin müəlliməsi Aişə xanıma, şagirdlərinə və onların valideynlərinə göndərdikləri hədiyyələr üçün təşəkkür edirik!”, deyə məktəbdən verilən açıqlamada bildirilib.


Qeyd edək ki, bir müddətdir Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri arasında “məktub dostluğu layihəsi” gerçəkləşdirilir. Layihə 2018-ci ilin dekabrından başlayıb. Bu layihə çərçivəısində iki ölkənin adları çəkilən məktəb siniflərinin şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.