Türkiyə milli komandası 12 il sonra Gürcüstana qarşı

Türkiyə milli komandası F qrupunda ilk oyununu Gürcüstana qarşı keçirəcək.

Sportline.az Ntvspor.net-ə istinalda xəbər verir ki, bu, 12 ildən sonra üz üzə gələcək rəqiblərin 6-cı qarşılaşması olacaq.

Türkiyə millisi 2-si rəsmi, 3-ü yoldaşlıq olmaqla geridə qalan 5 matçdan 3 qalibiyyət, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb.

"Ay ulduzlular" bu görüşlərdə rəqib qapısından 12 top keçirib, öz qapısında isə 5 qol görüb.

Qeyd edək ki,  Avropa Çempionatı 2024-də Türkiyə-Gürcüstan oyunu iyunun 18-də Dortmundda keçiriləcək.