Türkiyə millisinin futbolçusu “Milan”a transfer ola bilər

"Nyukasl"a Malik Tiavı satan "Milan" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi düşünür.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" hazırda "Əl-Əhli"də çıxış edən Merih Demiralı transfer etmək niyyətindədir.

Bu barədə "Corriere della Sera" məlumat yayıb.

A Seriyasının nəhəngi 27 yaşlı türkiyəli mərkəz müdafiəçisi ilə danışıqlara başlayacaq. Futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin bitməsinə 1 il qalıb.