Türkiyə millisinin üzvü daha 1 il komandada qalacaq

Türkiyənin “Yeni Malatyaspor” klubu futbolçusu Gökhan Töre ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gökhanla yeni sözləşmənin müddəti 2021-ci ilin yayına qədərdir. Əvvəlki müqavilə bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Yeni Malatyaspor”da 21 oyuna 2 qol vurub.