Türkiyə millisinin üzvü "İnter"lə anlaşdı
Merih Demiral “Fənərbağça”nın təklifini geri çevirərək “İnter” ilə razılaşıb.
Sportline.az Fotomac.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi “Fənərbağça”nın təklifini geri çevirib.
İtaliyanın “İnter” klubundan gələn təklif onu bu addımı atmağa vadar edib.
Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
“İnter” “Atalanta”ya bu transfer üçün 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Merih Demiral son mövsümdə “Atalanta” forması ilə çıxdığı 28 oyunda 1 qola imza atıb.