Türkiyə millisinin üzvü koronavirusa yoluxdu
İtaliyanın "Yuventus" klubunun və Türkiyə millisinin futbolçusu Merih Demiral koronavirusa yoluxub.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin testi ötən həftə millinin düşərgəsində müsbət çıxıb. Komandanın heyətində daha 3 oyunçuda infeksiya aşkarlanıb, lakin həmin şəxslərin adları açıqlanmayıb.
Demiral Turinə xüsusi təyyarə ilə qayıda biləcək.
Qeyd edək ki, Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununu buraxıb. O, 2019-cu ildən "Yuventus"da çıxış edir.