Türkiyə millisinin üzvü “Mançester Yunayted”ə keçə bilər

“Mançester Yunayted” yay transfer pəncərəsi dövründə heyətinə sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsi öncəsi Ferdi Kadıoğlu ilə maraqlanmağa davam edir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

İngiltərə klubu müdafiəçini yaxından izləyir və onu potensial transfer variantlarından biri kimi dəyərləndirir.

Hazırda futbolçunun çıxış etdiyi “Brayton” isə mümkün təkliflərin qarşısını almaq üçün oyunçuya təxminən 42 milyon funt sterlinq qiymət qoyub.

Klubun bu addımı marağı azaltmağa yönəlib.