Türkiyə - Rusiya matçına Putinin münasibəti

Türkiyə və Rusiya milli komandalarının avqustun 31-də keçiriləcək yoldaşlıq matçı diqqət mərkəzindədir. SportLine.az xəbər verir ki, Antalyada baş tutacaq qarşılaşmanı Rusiya prezidentinin də tribunadan izləyəcəyi gözlənilirdi. Amma, Rusiya mətuatında yayılan xəbərlərdə Vladimir Putinin Türkiyəyə səfər etməyəcəyi bildirilir. Prezidentin mətbuat xidmətinin açıqlamasında belə bir səfərin nəzərdə tutlmadığı qeyd olunub.