Türkiyə və Gürcüstan milli komandalarının azarkeşləri arasında oyun öncəsi dava düşüb

Hal hazırda davam edən Türkiyə-Gürcüstan oyunundan əvvəl xoşagəlməz hadisələr yaşanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 'Siqnal İduna Park"ın tribunalarında hər 2 komandanın azarkeşləri arasında münaqişə yaşanıb.

Daha sonra polis vəziyyəti nəzarəti altına alıb.

F qrupu çərçivəsində keçirilən oyunda ilk hissədən sonra hesab bərabərdir.1-1.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya saat 23:00-da başlanacaq oyunda Çexiya seçməsi ilə qarşılaşacaq.