Türkiyədə daha 16 voleybolçu həyatını itirdi
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində daha 16 voleybolçu dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb. Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü dağıntılar altında qalaraq həlak olub.
Adı açıqlanmayan klub Adıyamandakı hotellərdən birində məskunlaşmışdı.
Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.