Türkiyədə daha bir voleybolçu həyatını itirdi

Qardaş ölkə Türkiyədə baş verən zəlzələ nəticəsində dah bir voleybolçu dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb. "Malatya BBSK"da çıxış edən Murat Çiloğullar dağıntılar altında qalaraq həyatını itirib. 

Qeyd edək ki, daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş və Emincan Kocabaş, həmçinin Betül Çoban Çakır ilə Bedrettin Çakır da zəlzələ nəticəsində dünyasını dəyişib.