Türkiyəli fanatlar Qarabağ qazilərini belə salamladılar

Dünən Avro-2020-nin qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə matçından (1:3) sonra maraqlı anlar yaşanıb.

Sportline.az xəbər verir ki, stadiondan çıxan Vətən müharibəsi qazilərini görən türkiyəli azarkeşlər onları böyük çoşqu ilə salamlayıb. Türk azarkeşlər “Qarabağ", qazilərimiz isə “bizimdir!” deyə qışqırıblar.

Həmin anların videosunu təqdim edirik.

Qol.az