Türkiyəli futbolçunun "Qarabağ"a keçidi alınmayacaq

Türkiyənin III liqa təmsilçisi “1928 Bucaspor”un oyunçusu Oğuz Aydının "Qarabağ"a transferinin alınmayacağı bildirilib.

Sportline.az xəbər verir ki, bunu 20 yaşlı oyunçunun meneceri Gökhan Tabakcıoğlu deyib.

O bildirib ki, Oğuzun “Qarabağ” və ya “Astana”ya keçidi baş tutmayacaq. Menecer transferlə bağlı klublar arasında irəliləyiş olmadığını vurğulayıb.

Tabakcıoğlu adı çəkilən komandaların futbolçuya maraq göstərmədiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin  U-19 millisində də çıxış edib.