Türkiyəli hakim Halil Umut Melerin AVRO 2024-də növbəti təyinatını alıb
FİFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler 2024-cü il Avropa Futbol Çempionatında növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, təcrübəli referi ikinci turda D qrupu çərçivəsində keçiriləcək Polşa-Avsrtiya oyununu idarə edəcək.
21 oyunda Berlində baş tutacaq görüşdə Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq.
Qarşılaşmanın 4-cü hakimi isə Sloveniya Futbol Federasiyasında Rade Obranoviçdir.
Qeyd edək ki, ilk turdan sonra Polşa və Avstriyanın aktivində xal yoxdur.