Türkiyənin daha üç idmançısı həlak olub
Türkiyənin daha üç voleybolçusu zəlzələnin qurbanı olub.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
"Rasus Kimya Hatay" klubunun oyunçularından Gözde Öztürk, Dilek Mucuk və Ahsen Baş dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.