UEFA AÇ üçün Bakının ev sahibliyini təsdiqlədi

UEFA Avro-2020-nin keçiriləcəyi şəhərlərin adlarını təsdiqləyib.

Sportline.az xəbər verir ki, ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib. Koronavirus pandemiyasına görə təxirə salınan və gələn il keçiriləcək Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, oyunlar 2021-ci il 11 iyun-11 iyul tarixlərində keçiriləcək.