UEFA AFFA-ya vaxt verdi

UEFA milli assosiasiyalara avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını təqdim etmək üçün avqustun 3-dək vaxt verib.

Sportline.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında bu qərar qəbul edib.

Bundan başqa, avrokuboklarda yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olmasına (ÇL-də pley-off mərhələsi istisna olmaqla), meydan sahiblərinin püşklə müəyyənləşməsinə qərar verilib.

Qeyd edək ki, sabah UEFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Bu toplantıda isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları müzakirə ediləcək.