UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb
UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb.
Sportline.az xəbər verir ki, buna Almaniyada keçirilən Avropa çempionatının I turunda azarkeşlərin davranışları səbəb olub.
Fanatlar İtaliya ilə matçda meydana əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli şüarlar səbəbindən ittiham olunurlar.
Qeyd edək ki, qarşılaşma İtaliyanın qələbəsi ilə bitib - 2:1. AVRO-2024 iyulun 14-də başa çatacaq.