UEFA Avropa Liqasında bu gün
UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Roma” səfərdə AZ-la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək.
“Mançester Yunayted” doğma meydanda “Reyncers”lə, “Fənərbağça” isə “Lion”la üz-üzə gələcək.
“Qarabağ”ın Liqa mərhələsinin sonuncu - VIII turunda rəqibi olacaq “Olimpiakos” səfərdə “Portu” ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VII tur
23 yanvar
21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)
21:45. AZ (Niderland) - “Roma” (İtaliya)
21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa)
21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)
21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika)
21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland)
21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya)
00:00. “Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan)
00:00. “Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya)
00:00. PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya)
00:00. “Yunion” (Belçika) - “Benfika” (Portuqaliya)
00:00. “Ludoqorets” (Bolqarıstan) - “Midtyullan” (Danimarka)
00:00. RFS (Latviya) - “Ayaks” (Niderland)
00:00. “Elfsborq” (İsveç) - “Nitsa” (Fransa)
Qeyd edək ki, yanvarın 31-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar avtomatik 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan komandalar isə pley-off oyunları keçirəcək. Onlar 1/8 finala yüksəlmək üçün mübarizə aparacaqlar. Bu mərhələdə ilk matçlar fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.