UEFA "Beşiktaş" və "Trabzonspor"la bağlı qərarları qüvvədə saxladı
UEFA Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klubları ilə bağlı qərarları qüvvədə saxlayıb. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, buna hər iki komandanın 2016/2017 mövsümü üçün maliyyə “Feyr-Pley” qaydalarına qismən əməl etməsi səbəb olub.
Buna görə də, "Beşiktaş" və "Trabzonspor" bu mövsüm olduğu kimi növbəti mövsüm də Avrokuboklarda iştirak ərizəsinə məhdud sayda oyunçu əlavə edə biləcək.
Bundan başqa, iki komandanın da transferlərdəki məhdudiyyəti davam edəcək.