UEFA bir klubu Çempionlar Liqasından kənarlaşdırdı

UEFA Albaniyanın "Skenderbeu" klubunu Avrokuboklardan kənarlaşdırıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Beyləlxalq  Arbitraj Məhkəməsi klubun apelyasiya şikayətinə rədd cavabı verib.

Danışılmış oyunlarda iştirakı təstiqlənən "Skenderbeu" bir mövsümlük Avrokuboklardan kənarda qalıb. Onun əvəzinə, Çempionlar Liqasında ölkəni "Partizani" təmsil edəcək. 

“Partizani” isə Avropa Liqasının I təsnifat mərhələsində Slovakiyanın “Slovan” klubu ilə ilk oyununu keçirib. Lakin UEFA bu oyunun nəticəsini ləğv edib və “Slovan” növbəti mərhələyə vəsiqəni təmin edib.