UEFA Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun baş tutub.

Sportline.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçirilib. 

“Real Madrid" evdə “Mançester Siti” ilə görüşüb. Qarşılaşma “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb - 3:1

“Borussiya” doğma meydanda “Sportinq”lə heç-heçə etsə də, ümumi xal hesabında növbəti mərhələyə keçib. “PSJ” Liqa 1-in digər təmsilçisi “Brest”i, “PSV” isə “Yuventus”u məğlub edib. 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) - 0:0 

İlk oyun - 3:0

“PSJ” (Fransa) – “Brest” (Fransa) – 7:0

İlk oyun - 3:0

“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1

İlk oyun - 3:2

“PSV” (Niderland) – “Yuventus” (İtaliya) – 3:1

İlk oyun - 1:2

Oyunların nəticələrinə görə, turnirin növbəti mərhələsinə “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” ilə birlikdə “Borussiya”, “PSJ”, “Real”, “PSV” də yüksəlib. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.