UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ"ın Bakıda "Ayntraxt"a (Almaniya) qarşı keçirəcəyi matçın biletlərinin satışa çıxacağı tarix müəyyənləşib.

Bu barədə Sportline.az-a Ağdam təsmilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi biletlərin bu həftəsonu satışda olacağını söyləyib.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.