UEFA-dan AFFA-ya növbəti maliyyə yardımı

UEFA quruma üzv olan 55 federasiyaya maliyyə dəstəyini davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, federasiyalara dəstək olmaq məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının bu gün 4 illik periodu başlayıb. Buna görə  2020-2024-cü illərdə davam edəcək yardım üçün  775,5 milyon fond yaradılıb. Bu dəfəki yardımın əvvəlki illərlə müqayisədə 27 faiz artırıldığı vurğulanıb.

UEFA 2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır.

Qeyd edək ki, bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.