UEFA-dan Avrokuboklarla bağlı açıqlama

UEFA, Avrokubokların final oyunlarının yerinin dəyişdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, qitənin ali futbol qurumu, rəsmi açıqlamasında, nə Çempionlar Liqası, nə də, Avropa Liqası turnirinin hansı sistem üzrə və nə vaxt bərpa olunması barədə qərar verilmədiyini bildirib: "Cari mövsümü başa çatdırmağa imkan verən təqvim qərarlarını və format seçimlərini dəqiqləşdirmək üçün liqalar və klubların nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Hazırda müxtəlif variantlar nəzərdən keçirilir. Bu mərhələdə heç bir qərar verilməyib".

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının final görüşlərinin müvafiq olaraq İstanbul və Qdanskdan alınması iddia edilib. Avrokubokların 2019/20, 2020/21 mövsümü, eyni zamanda Millətlər Liqası, DÇ-2022-nin seçmə mərhələsi və AVRO-2020-nin taleyi iyunun 17-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransında müzakirəyə çıxarılacaq.