UEFA-dan federasiyalara vacib məktub

UEFA çempionatı hələ bərpa etməyən ölkələrin federasiyalarına bildiriş göndərib.

Sportline.az xəbər verir ki, qitə quurmu assosiasiyalara çempionatları istənilən formatda bitirməkdə sərbəst olduqlarını nəzərə çatdırıb:

"Liqalar barədə qərarı federasiyaların ixtiyarına buraxdığımızı bilməlisiniz. Assosiasiyalar xüsusi tədbirləri nəzərə alaraq, çempionatları istənilən formatla başa vura bilər".

Ali qitə qurumu mövsümə avqustun 2-də yekun vurulması barədə istəyini məktubda bir daha qeyd edib.