UEFA-dan "Fənərbağça"ya 2 milyon avroluq cəza

UEFA "Fənərbağça"nı 2 milyon avro məbləğində cərimələyib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin feyr-pley qaydalarını pozması səbəb olub.

Beləliklə, klubun 2020/2021 və 2021/2022 mövsümündə Avrokuboklardan alacağı mümkün gəlirlərindən 2 milyon avro kəsiləcək.