UEFA-dan "Qəbələ"nin oyunu ilə bağlı dəyişiklik

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Maribor" - "Qəbələ" görüşü ilə bağlı qərar qəbul edib. SportLine.az xəbər verir ki, ilk oyun, nəzərdə tutulduğu kimi Sloveniyada yox, Azərbaycanda oynanılacaq. Buna "Qarabağ"ın da ilk oyununu səfərdə oynaması səbəb olub. 

Beləliklə, "Qəbələ" ilk oyununa avqustun 18-də Bakıda, "Qarabağ" isə səfərdə çıxacaq. Cavab matçları bir həftə sonra oynanılacaq.