UEFA "ən yaxşı" adına namizəd 7 qolu təqdim etdi
UEFA ötən mövsümün ən yaxşı qolunu müəyyənləşdirir. SportLine.az xəbər verir ki, "ən yaxşı" adına 7 namizəd var.
“Real”ın futbolçusu Kasemironun “Napoli”yə vurduğu, “Barselona” və Dortmund “Borussiya”sının aşağı yaş qrupları üzrə komandalarının matçında ev sahiblərinin üzvü Xordi Mbulanın imza atdığı, Mussa Sounun “Fənərbaxça”nın heyətində “Mançester Yunayted”in qapısından keçirdiyi, qadın futbolçulardan ibarət İtaliya yığmasının üzvü Daniela Sabatinonun İsveç millisinə vurduğu, “Astra” – “Austria” görüşündə Kevin Fresenbiklerin imza atdığı, İspaniya və Makedoniya milliləri arasındakı qarşılaşmada Marko Asensionun rəqib qapısından keçirdiyi və Çempionlar Liqasının finalında “Yuventus”un hücumçusu Mario Mandzukiçin Madrid “Real”ına vurduğu qol bu nominasiyada qalib ola bilər.
Qeyd edək ki, "ən yaxşı" UEFA.com saytında keçirilən onlayn sorğu ilə bəlli olacaq.