UEFA "İnter"ə 3 milyon avroluq təminat ödədi - SƏBƏB

"İnter" sabiq futbolçusu Kristian Eriksenə görə UEFA-dan təzminat alıb.

Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, klubun illik maliyyə hesabatında bildirilib ki, Danimarka millisinin üzvünün Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda ürəyi tutduğu üçün klub 3 milyon avro alıb. Çünki insident baş verən zaman danimarkalı yarımmüdafiəçi "İnter"də çıxış edirdi.

Avro 2020-nin qrup mərhələsinin Danimarka - Finlandiya görüşünün 43-cü dəqiqəsində Eriksenin ürəyi tutmuşdu. Daha sonra ona ürəyində kardioverter-defibrillyator quraşdırılıb. Bununla əlaqədar o, karyerasını İtaliyada davam etdirə bilməmiş və 2021-ci dekabrında “İnter”dən ayrılmışdı.

Qeyd edək ki, hazırda "Mançester Yunayted"də çıxış edən Eriksen bu klubda 15 oyuna çıxıb və 4 qolun ötürməsini verib.

Banner