UEFA Kubokunu "İnter" qazandı
Futzal üzrə UEFA Kubokunda mübarizə yekunlaşıb. SportLine.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən "dördlər finalı"nda "İnter" (İspaniya), "Sportinq" (Portuqaliya), "Yuqra" (Rusiya) və "Kayrat" (Qazaxıstan) komandaları yarışıb.
Finalda "İnter" və "Sportinq" üz-üzə gəlib. Matç İspaniya klubunun qələbəsi ilə nəticələnib - 7:0.
Bürünc medallar uğrunda görüşdə isə "Yuqra" penaltilər seriyasında "Kayrat"ı üstələyib.