UEFA millinin futbolçularını cəzalandırdı

UEF-nın Nəzarət Etika və İntizam Komitəsi İspaniya millisinin üzvləri Alvaro Morata ilə Rodriqo Ernandesi cəzalandırıb.

Sportline.az xəbər verir ki, hər iki futbolçu bir oyunluq diskvalifikasiya olunub.

Bu haqda İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, buna sözügedən futbolçuların Avropa çempionatında qələbəni qeyd edərkən işlətdikləri "Cəbəllütariq - İspaniyanındır" ifadəsi olub.

Xatırladaq ki, İspaniya millisi finalda İngiltərəyə 2-1 hesabı ilə qalib glərək Avropa çempionu olmuşdu.