UEFA-nın Avrokuboklarla bağlı yeni planı

UEFA avrokubokların formatını dəyişdirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.

Matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi öz aralarında 2 yox, 1 oyun keçirəcəklər.

Qarşılaşmaların Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

Qeyd edək ki, bundan əvvəl, "Sky Sports" nəşri Çempionlar Liqasının "Dördlər finalı" formatında Almaniyada keçiriləcəyini yazmışdı.