UEFA prezidenti kim olacaq? - 3 namizəd
UEFA prezidentliyinə namizədlərin yekun siyahısı müəyyənləşib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda üç nəfərin adı yer alıb.
Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) vəzifə uğrunda yarışacaqlar.
Qeyd edək ki, UEFA prezidenti seçkisi sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresində keçiriləcək.