UEFA reytinqində mövqeyimiz
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Sportline.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra müəyyənləşən siyahıda dəyişiklik nəzərə çarpır. İspaniya aktivinə 0,286 xal, Fransa 0,333, Hollandiya isə daha 0,400 xal əlavə edib.
26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 17.750 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda Norveçdən sonra qərarlaşıb. Serbiya, Qazaxıstan, Sloveniya, Slovakiya kimi ölkələrdən də öndəyik. Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. Almaniya 2-ci, İngiltərə 3-cüdür. Türkiyə isə 10-cu yerdədir.