UEFA Superlubok matçı bu stadionda keçiriləcək
UEFA Superkuboku 2026-cı ildə Avstriyada keçiriləcək
Sportline.az xəbər verir ki, UEFA 2026-cı il Superkubok oyununun harada baş tutacağını rəsmi olaraq açıqlayıb.
Matç Avstriyanın “Zalsburq” şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Bu stadion “Red Bull Zalsburq” klubuna məxsusdur və 2008-ci il Avropa çempionatının qrup mərhələsində üç oyuna ev sahibliyi etmişdi.
Növbəti Superkubok qarşılaşması 2026-cı ilin avqust ayında oynanılacaq. Xatırladaq ki, ötən il bu titul uğrunda Çempionlar Liqası qalibi PSJ və Avropa Liqası çempionu “Tottenhem” qarşılaşmışdı. Matç 2:2 hesabı ilə tamamlanmış, penalti seriyasında (4:3) Paris təmsilçisi qalib gəlmişdi.