Uiks "Qəbələ"yə kömək edə bilməyəcək
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Maribor”la keçirilən görüşdə meydançadan qovulan Uiksə UEFA 2 oyunluq cəza kəsib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb səfər qarşılaşmasının 69-cu dəqiqəsində liberiyalı yarımmüdafiəçinin birbaşa qırmızı vərəqə alması olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq diskvalifikasiya edilməsini məqsədəuyğun sayıb. Bu isə o deməkdi ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. O, sentyabrın 15-də “Anderlext”lə səfər, 29-da isə “Mayns”la ev oyunlarında iştirak edə bilməyəcək.