Ukrayna İslandiyanın qonağı olacaq

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, İslandiya doğma meydanda Ukrayna millisi ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda İslandiya görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Ukraynada isə Oleksander Timoşçuk, Oleksander Zubkov və Viktor Tsiqankov baş məşqçi Sergiy Rebrovun sərəncamında olmayacaq.

Qeyd edək ki, görüşün start fiti 22:45-də səslənəcək.