Ukrayna millisi İsveçlə üz-üzə gələcək

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki,  A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçiriləcək.

Ukrayna millisi İsveçlə qarşılaşacaq. Görüş İspaniyanın Valensiya şəhərində keçiləcək. 

Sergiy Rebrovun komandasında yeganə itki Maksim Taloverovun adı ilə bağlıdır.

Qrehem Potterin rəhbərlik etdiyi İsveç millisi isə görüşə optimal heyətlə çıxacaq.

Start fiti Bakı vaxtı saat 23:45-də başlanacaq matçı portuqaliyalı hakim Joao Pinhero idarə edəcək.