Ukrayna Super kubokunun qalibi müəyyənləşdi
Ukrayna Super kuboku uğrunda oyun keçirilib. SportLine.az xəbər verir ki, kubokun sahibi Donetsk "Şaxtyor"u ilə Kiyev "Dinamo"sunun mübarizəsində müəyyənləşib.
Əsas vaxtı heç-heçə bitən görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə paytaxt təmsilçisi daha dəqiq oynayıb.
16 iyul 2016
Ukrayna Super kuboku
Şaxtyor (Donetsk) - "Dinamo" (Kiyev) - 1:1
QOLLAR: Fred, 58 (1:0), Domaqoy Vida, 80 (1:1)
PENALTİLƏR: 3:4