Ulduz futbolçu 10 nömrəli formanı istəmir
"Barselona"nın hücumçusu Sergio Aquero Lionel Messinin gedişindən sonra klub ona təklif etsə də, 10 nömrəli formanı götürmək istəməyib.
Sportline.az xəbər verir ki, bu barədə argentinalı oyunçu Twitch -də canlı yayımda bildirib: "Mənə bu nömrəni təklif etdilər, amma Messiyə hörmətlə bağlı təklifi qəbul etmədim".
Aquero "Mançester Siti"də 10 nömrəli forma oynasa da, "Barselona"da 19 nömrəni seçib.
Messi ayrıldıqdan sonra 10 nömrəni Ansu Fati götürüb.