Ulduz futbolçu "Beşiktaş"la müqavilə imzaladı
"Barselona" futbolçusu Miralem Pyaniçi icarəyə verib.
Sportline.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını "Beşiktaş"da davam etdirəcək. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Pyaniç ötən ildən "Barselona"da oynayır. Onun Kataloniya klubu ilə sözləşməsi 2024-cü ilin iyun ayına qədərdir.