Ulduz futbolçu "Fənərbağça"ya gələsi olmadı
PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Rafinya Alkantara yanvar ayına qədər klubda qalacaq.
Sportline.az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano "Twitter" səhifəsi üzərindən yayıb.
Daha əvvəl futbolçunun adı Türkiyənin "Fənərbağça" klubu ilə hallanırdı. Ancaq Romanın yazdığına görə, İstanbul təmsilçisi ilə oyunçu arasında heç bir danışıq olmayıb və Rafinya bu ilin sonuna qədər öz klubunda qalacaq.
Xatırladaq ki, Rafinya PSJ-də 2020-ci ildən çıxış edir və 22 oyunda meydana çıxıb.