Ulduz futbolçu karyerasını bitirdi
Xorvatiya millisinin və "Milan" klubunun sabiq hücumçusu Mario Mancukiç futbolçu karyerasına son qoyub.
Sportline.az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabında tanınmış insayder Fabritsio Romano yayıb.
35 yaşlı forvard azad agent statusuyla iki fərqli klubdan təklif alsa da, hər ikisini geri çevirib.
Xatırladaq ki, Mancukiç Xorvatiya millisinin heyətində keçirdiyi 89 oyunda 33 qol vurub.