Ulduz futbolçu komandadan getdi

"Yuventus"un futbolçusu Blez Matyuidi komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, 33 yaşlı futboçu 2017-ci ildə PSJ-dən Turin təmsilçisinə keçib. Onun ABŞ-ın "İnter Mayami" klubu ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.