Ulduz futbolçudan şad xəbər

"Borussiya"nın futbolçusu Marko Roys matçlarda iştirak etməyə yaxındır.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin kapitanı komanda ilə ümumi məşqlərə başlayıb. Onun növbəti oyunlara kimi tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, M. Roys bu mövsüm Bundesliqada 19 matçda 11 qol vurub, 5 qolun ötürməsini verib.