Ulduz futbolçunun qiyməti

Dortmund "Borussiya"sı böyük klubların transfer hədəfində olan Ceydon Sançonun qiymətini müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, Bundesliqa klubu İngiltərə millisinin üzvünü 130 milyon avrodan ucuz satmaq istəmir.

20 yaşlı vingeri "Mançester Yunayted" transfer etmək istəyir. "Qırmızı şeytanlar" gənc oyunçunu transfer etsə, ona 7 nömrəli formanı verəcək.

"Borussiya" "Sançonu 2017-ci ilin yayında "Mançester Siti"nin U-18 komandasından 7,8 milyon avro qarşılığında transfer edib.