Ulduz oyunçu “Qalatasaray”a transfer ola bilər
“Qalatasaray”ın futbolçusu Viktor Osimhen həmyerlisi “Atalanta”nın futbolçusu Ademola Lukmanla birgə oynamaq istəyir.
Sportline.az xəbər verir ki, o, Lukmanı “Qalatasaray”a transfer olmağa çağırıb.
"A Spor”un məlumatına görə, Osimhen Lukmanla mümkün transfer barədə danışıb və onu razı salmağa çalışıb.
Transfer mövsümün fasiləsində reallaşa bilər.