Unay Emeri ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında dekabr ayının ən uğurlu baş məşqçisi bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada “Aston Villa”nın baş məşqçisi Unay Emeri layiq görülüb.

Qərarı turnirin rəsmi mətbuat xidməti açıqlayıb.

İspaniyalı çalışdırıcının komandası ötən ay çempionat çərçivəsində keçirdiyi 5 qarşılaşmanın hamısından qələbə ilə ayrılıb.

"Aston Villa” Premyer Liqada 21 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü sırasında yer alır.