Universal Döyüş Federasiyasının daha bir uğuru

Bakı şəhərində universal döyüş idman növü üzrə klublararası turnir keçirilib.

Sportline.az xəbər verir ki, yarışda 17 klubu təmsil edən 150 idmançı iştirak edib. Yarışlar 4 yaş qrupu üzrə təşkil olunub. Turnirdə fərqlənən idmançılar Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

Turnirin gedişində çıxış edən Azərbaycan və Beynəlxalq Universal Döyüş Federasiyalarının prezidenti Azər Həsənov 8-12 dekabr 2021-ci il tarixlərində qardaş ölkə Türkiyənin Antalya şəhərində keçiriləcək universal döyüş idman növü üzrə dünya çempionatına hazırlıq işlərindən söz açıb. Həmçinin federasiya prezidenti dünya çempionatı ərəfəsində Bakıda keçirilən turnirin əhəmiyyətini yüksək qiymətləndirib.